İdxal və ixrac proseslərində iştirak edən tərəflər gömrük bəyannamələrini təqdim etməlidirlər. Bu sənədlər gömrük orqanlarına məhsulun növü, miqdarı, qiyməti və digər məlumatlar barədə məlumat verir. İlk növbədə qeyd etmək lazımdır ki, gömrük rəsmiləşdirilməsi malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçməsi, habelə gömrük prosedurunun dəyişməsi əlaqədar həyata keçirilən rəsmi əməliyyatdır. Gömrük rəsmiləşdirilməsinə gömrük orqanına yük sənədlərinin, müvafiq icazə sənədlərinin, gömrük bəyannaməsinin təqdim olunması, həmçinin yükün gömrük rüsumunun ödənilməsi aid olunur.